Ronaldodan qarlı havada çılğınlıq - VİDEO

Kristiano Ronaldo ailəsini Laplandiyaya apararaq bayram əhval-ruhiyyəsinə qapılıb.

Ronaldodan qarlı havada çılğınlıq - VİDEO
Kristiano Ronaldo ailəsini Laplandiyaya apararaq bayram əhval-ruhiyyəsinə qapılıb.

meqale.com xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçu, qış fasiləsini dəyərləndirərək həyat yoldaşı və uşaqlarını inanılmaz bir səyahətə aparıb.

Ronaldo öz sosial media hesabında 645 milyon izləyicisinə bayram təbriki göndərib. Qar mənzərəsi fonunda çəkilmiş, üst geyimsiz və əzələlərini nümayiş etdirdiyi şəkli paylaşaraq, "Hamınıza Milad bayramınız mübarək!" şərhini yazıb.

Həyat yoldaşı Georgina Rodriqez də səfərlə bağlı bir neçə şəkil və qısa video yayımlayıb.

Cütlüyün uşaqları Kristianu Junior (14 yaş), Alana Martina (8 yaş), Eva Maria (7 yaş), Mateo (7 yaş) və Bella (2 yaş) da bu tətili çox sevdikləri görünür.