Ronaldu 2023-cü ildə 50-ci qolunu vurmaqla Erlinq Holanna çatıb
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu 2023-cü ildə 50-ci qolunu vurub.
meqale.com report-a istinadən xəbər verir ki,38 yaşlı hücumçu "Əl-Şabab"a 5:2 hesabı ilə qalib gəldikləri Kral Kubokunun 1/4 final matçında fərqlənib.
Təcrübəli forvard Norveç millisinin və İngiltərənin "Mançester Siti" komandasının oyunçusu Erlinq Holanna çatıb.