Ronaldu bu tarixdə karyerasını BİTİRƏCƏK

Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirməsi ilə bağlı sualı cavablandırıb.

Ronaldu bu tarixdə karyerasını BİTİRƏCƏK
Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu karyerasını nə vaxt bitirməsi ilə bağlı sualı cavablandırıb.

meqale.com  xəbər verir ki, ulduz hücumçu bu barədə mətbuat konfransında danışıb.

40 yaşlı forvardın sözlərinə görə, butslarını nə vaxt asacağına hələ qərar verməyib. Ronaldu yalnız futboldan həzz almadıqda oynamağı dayandıracağını bildirib.

"Təqaüdə çıxmaq? Mənim şüarım hər günü yaşamaqdır. Oynamağa çox illərim qalmayıb, amma bu andan həzz alıram. Karyeramın bitmə tarixi yoxdur. Özümü xoşbəxt hiss edirəm. Mən həzz almaq və oynamağa davam etmək üçün buradayam - həzz aldığım günə qədər", - portuqaliyalı qeyd edib.