Ronaldu futbolla bağlı arzusunu açıqladı
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu bir neçə kluba sahib olmağı planlaşdırır.
meqale.com oxuya istinadən xəbər verir ki, "Bu, mənim arzumdur və əminəm ki, bir klub sahibi olacağam. Üstəlik, bir deyil, bir neçə klubumun olacağına ümid edirəm", - forvard qeyd edib.
Eyni zamanda, o, klubu idarə etmək və ya məşqçi olmaq istəmədiyini bildirib.