Ronaldu Messinin “Qızıl top” almasını ələ saldı - FOTO
Cristiano Ronaldo Messini 8-ci dəfə "Qızıl top"u qazandığı üçün tənqid edən bir futbol azarkeşinin sözlərini bəyənib.
meqale.com haberler-ə istinadən xəbər verir ki, Portuqaliyalı ulduz tənqidlərə gülən emoji ilə cavab verərək Messini ictimaiyyət qarşısında ələ salıb.
Kriştiano sosial media hesabından Messiyə yazılan: "Təxmin olunduğu kimi, bu dəfə də Messiyə "Qızıl top"u verdilər. O, dünya çempionatından əvvəl PSJ-də təqaüdə çıxırdı. Sonra "İnter Mayami"də təqaüdə çıxdı. Dünya Kubokunu qazandı, düzdü. Amma 6 penalti vuraraq qalib gəldi. Həm də Dünya Kuboku düz 10 ay əvvəl idi. Messi 8 yox, 5 Qızıl top almalı idi" ifadələrini bəyənib.
Bununla da qalmayıb, Kriştiano Ronaldo bu paylaşıma gülən emoji ilə cavab verərək Messini ələ salıb. İkisi arasındakı dostluğu dərindən sarsıdacaq bu hərəkətdən sonra Messinin Ronaldoya necə cavab verəcəyi maraq doğurur.