Ronaldu "Real Madrid"ə qayıdacaq

Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu gələcəyi barədə danışıb.

Ronaldu
Portuqaliya millisinin və "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu gələcəyi barədə danışıb.

meqale.com oxuya istinadən xəbər verir ki, 39 yaşlı forvard karyerasını bitirdikdən sonra sabiq klubu "Real Madrid"ə qayıda biləcəyini istisna etməyib.

"Real Madrid"ə qayıtmaq? Ola bilsin ki, karyeramı bitirəndən sonra nəsə baş verdi. "Real Madrid"dəki dövrüm futbol baxımından mənim üçün ən xoşbəxt illərim idi".

Xatırladaq ki, Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Onun "Ən-Nəsr"lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.