Rövnəq Abdullayev De Byazinin millidə qalmasından danışdı

Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə hər kəsi təbrik edirəm.

Rövnəq Abdullayev De Byazinin millidə qalmasından danışdı
Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə hər kəsi təbrik edirəm.

meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri Avro-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur:

"Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C.Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin".