Rövşən Cəfərovun qızı vəfat etdi - FOTOlar
Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı.
Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Rövşən uzun illər mərhum Xalq artisti Səməd Səmədovla çalışıb. Hazırda isə o, Əməkdar artist Manana Çaparidzenin prodüseridir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun