Röya səhnəyə robotlarla çıxacaq - Azərbaycanda İLK
Xalq artisti Röya Ayxan 1, 2, 3 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb.
meqale.com lente istinadən bildirir ki, Röyanın baş tutacaq konserti ilə bağlı bir neçə detal məlum olub.
Belə ki, müğənni Azərbaycanda yeniliyə imza atacaq. Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq.
Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək.