Roza Zərgərlinin toy qiyməti açıqlandı

Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

Roza Zərgərlinin toy qiyməti açıqlandı
Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

meqale.com xəbər verir ki, "Afaqla onlar" verilişinə qonaq olan sənətçi toylarda 15 min AZN-ə çıxış etdiyini bildirib.

"Pandemiyadan əvvəl heç bir tədbirə və toy məclislərinə getmirdim. Sonra bəzi məqamlar oldu. Həyatım dəyişdi. Əvvəl yarım saatlıq çıxış qiymətimiz 5 min AZN idi. Toyu bütöv oxumaq isə 12 min AZN idi. İndi isə bu qiymət cəmi 3 min AZN artıb, 15 min AZN olub.

Bu elə də böyük qiymət deyil. Yeri gələndə statusu, sənəti məndən aşağı olan müğənnilər toya 8- 10 min AZN-ə gedir. Elələri var ki bütün toyu fonoqramla yola verir. Amma onların da toy qiyməti mənimkindən qat-qat üstündür".(BAKU.WS)