Ruanda prezidenti dördüncü müddətə yenidən seçilib

Ruanda Prezidenti Pol Kaqame, seçki komissiyasının açıqladığı ilkin nəticələrə görə, 99,18 faiz səslə dördüncü müddətə yenidən seçilib.

Ruanda prezidenti dördüncü müddətə yenidən seçilib
Ruanda Prezidenti Pol Kaqame, seçki komissiyasının açıqladığı ilkin nəticələrə görə, 99,18 faiz səslə dördüncü müddətə yenidən seçilib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Kaqamenin rəqibləri - Demokratik Yaşıllar Partiyasının lideri Frank Habineza və müstəqil namizəd, keçmiş jurnalist Filip Mpayimana müvafiq olaraq 0,53 % və 0,32 % səs toplayıblar.

Xatırladaq ki, Ruandada prezident seçkiləri iyulun 15-də keçirilib. Pol Kaqame isə 2000-ci ildən dövlət başçısıdır.ə