Rus ordusu irəlilədi: Yampolovka istiqamətində...
Rusiya qoşunları Kremenna şəhərinin qərbindən Yampolovka kəndi istiqamətində irəliləyib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremennanın bələdiyyə dairəsi administrasiyasının rəhbəri Vyaçeslav Tretyakov Teleqram kanalında bildirib.
Tretyakovun sözlərinə görə, mövqe döyüşləri bu istiqamətlərdə davam edir:
Kupyanskın şimal-şərqində, Sinkovka yaxınlığında;
Kremennayanın şimal-qərbində, Makeyevka və Novoyeqorovka bölgəsində;
Kremennayanın qərbində, Ternı və Torskoye kəndlərinin ərazisində;
Kremennayanın cənubunda, Beloqorovka ərazisində;
Kremennayanın cənub-qərbində, Dibrova ərazisində.