Rusiya 50 ildən sonra Aya missiya göndərir: Bölgədə təxliyəyə hazırlıq gedir
Rusiya, demək olar ki, 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldacaq.
meqale.com oxuya istinadən bildirir ki, 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində "Lunar-25" Aya eniş aparatı Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən "Vostoçnıy" kosmodromundan buraxılacaq.
Kosmik gəminin buraxılacağı ərazidən cənub-qərbdə yerləşən, Rusiyanın Xabarovsk vilayətindəki Şaxtinski yaşayış bölgəsində yaşayan sakinlər avqustun 11-də səhər saatlarında ərazidən təxliyə ediləcəklər. Belə ki, raket sürətləndiricilərin cihazdan qopduqları zaman məhz bu əraziyə düşəcəyi ehtimal edilir.