Rusiya bu gün... - FOTOlar

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada "Crocus City Hall" ticarət mərkəzində terror aktı törədilib. Hadisə nəticəsində 82 nəfərin həlak olduğu, 107 nəfərin isə yaralandığı bildirilir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bu gün səhər saatlarından etibarən Rusiyanın müxtəlif şəhərlərində ictimai yerlərdə, dayanacaqlarda faciə tarixi və "yad edirik" sözləri yazılmış lövhələr quraşdırılıb. İnsanlar faciə qurbanlarını yad etmək üçün həmin lövhələrin, meriya binalarının qarşısına toplaşır və gül-çiçək düzür, şam yandırırlar.

Həmçinin səhər saatlarından etibarən terrorda yaralananlar üçün qanvermə aksiyalarına başlanılıb. Vətəndaşlar əlverişsiz hava şəraitinə baxmayaraq qan vermək üçün növbələrə düzülür.