Rusiya bu ölkədə də hərbi baza yaradır

Mərkəzi Afrika Respublikası və Rusiya hərbi baza yaradılması məsələsini müzakirə edirlər.

Rusiya bu ölkədə də hərbi baza yaradır
Mərkəzi Afrika Respublikası və Rusiya hərbi baza yaradılması məsələsini müzakirə edirlər.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, MAR-da baza yaradılması məsələsi iki ölkənin Müdafiə nazirlikləri arasında müzakirə olunur:

"Rusiya hərbçilərinin gələcək yerləşdirmə yeri seçilir. Kontingentin gəlişinin konkret vaxtı və onun sayı yekun olaraq müəyyən edilməyib".