Rusiya Çernobıl sığınacağını vurdu - VİDEO

Fevralın 14-nə keçən gecə Rusiyaya məxsus yüksək partlayıcı döyüş başlığına malik pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunun sığınacağına düşüb.

meqale.com rus mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

"Hazırda radiasiya fonu artmayıb və bu, daim nəzarətdə saxlanılır", - Zelenski əlavə edib.

Dron sarkofaqın damına düşüb. Pilotsuz təyyarə Çernobıl Atom Elektrik Stansiyasında məhv edilmiş dördüncü reaktoru qoruyan yeni qoruyucu qabığın izolyasiya strukturunun damına dəyib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiya pilotsuz təyyarəsinin Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunun sığınacağına zərbə endirməsindən sonra radiasiya səviyyəsi normal həddə qalır.

"Monitorinq davam edir. Vəziyyət nəzarət altındadır. "Rəsmi elanlara əməl edin!"