Rusiya Federal Gömrük Xidmətinin rəis müavini saxlanıldı

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini saxlanıldı
Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.

meqale.com APA-ya istinadən bildirir ki, o, gömrük rüsumlarının hesablanması zamanı məhsul çeşidinin müəyyənləşdirilməsi məsələləri ilə bağlı bir sıra korrupsiya cinayətlərində şübhəli bilinir.

Yaqodkina gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı üzrə daimi komissiyanın iclası başa çatdıqdan dərhal sonra saxlanılıb. Onun ofisində axtarış aparılıb, sonra Yaqodkina dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparılıb.