Rusiya FHN əməkdaşlarının olduğu maşın PUA ilə vuruldu
Donetsk vilayətinin işğal olunmuş Qorlovka şəhərində Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının olduğu avtomobil PUA hücumuna məruz qalıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
"Qorlovkada Rusiya Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşı PUA hücumu nəticəsində yaralanıb. Gecə Qorlovkada partlayıcı maddə səbəbindən avtomobil yanıb və yanğının söndürülməsi zamanı PUA ilə yanğınsöndürən maşına hücum olub. Yanğınsöndürənlər xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd olunub.