Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır

Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.

Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır
Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.

meqale.com report-a istinadən bildirir ki, bu barədə noyabrın 5-də Keldış Mərkəzinin ("Roskosmos" dövlət korporasiyasının bir hissəsi) baş direktoru Vladimir Koşlakov deyib.

"İndi ulduzlararası məkanın tədqiqi üçün layihə formalaşdırılır və Günəş sistemindən kənara bir cihazın uçuşu ilə kosmik təcrübə hazırlanır", - o vurğulayıb.

Koşlakov əmin edib ki, qurğu Keldış Mərkəzində hazırlanmış dünyanın ən güclü plazma mühərriki ilə təchiz olunacaq. O əlavə edib ki, cihaz uzun illər işləyə biləcək.