Rusiya İrəvandan çağırdığı səfirini geri qaytardı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.

Rusiya İrəvandan çağırdığı səfirini geri qaytardı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin artıq İrəvana qayıdıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır", - Mixail Qaluzin bildirib.

Qeyd edək ki, Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.