Rusiya keçmiş baş naziri terrorçu siyahısına salındı
Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov və iqtisadçı Sergey Quryev "terrorçu və ekstremistlər" siyahısına daxil edilib.
meqale.com xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.
Bildirilib ki, "Rosfinmonitorinq"in yenilənmiş siyahısına həmçinin "Novaya Gazeta Europa"nın baş redaktoru Kirill Martınov da əlavə olunub.
Xatırladaq ki, oktyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti Kasyanov, Martınov, Quryev və daha bir neçə şəxsin üzv olduğu Rusiya Müharibə Əleyhinə Komitəsinə qarşı cinayət işi başladıldığını açıqlamışdı.