Rusiya Odessanı vurdu - Ölən var

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.

Rusiya Odessanı vurdu - Ölən var
Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.

meqale.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər.

Yanan mənzillərdən 5 nəfər xilas edilib, 10-a yaxın mülki şəxs xəsarət alıb.