Rusiya ordusu Suriyada bu ərazilərə zərbə endirdi

Rusiyanınn hərbi-kosmik qüvvələri Suriyanın Xüms və Əl-Bişri əyalətlərində yaraqlıların cəmləşdiyi ərazilərə zərbə endirib.

Rusiya ordusu Suriyada bu ərazilərə zərbə endirdi
Rusiyanınn hərbi-kosmik qüvvələri Suriyanın Xüms və Əl-Bişri əyalətlərində yaraqlıların cəmləşdiyi ərazilərə zərbə endirib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini, general-mayor Yuri Popov deyib.

"İyunun 2-də Rusiya qüvvələri Ət-Tanf zonasından çıxaraq Xüms və Əl-Bişri əyalətlərinin Əl-Amur kimi dağ massivində əlçatmaz ərazidə gizlənən yaraqlıların müəyyən edilmiş üç bazasına zərbələr endirib", - o qeyd edib.

Popov həmçinin bildirib ki, Rusiya hərbi polis bölmələri Rakka və Hasekə əyalətlərində patrul xidməti həyata keçirib.

Bundan əlavə, son 24 saat ərzində İdlibdə deeskalasiya zonasında terrorçu qruplar tərəfindən Suriya hökumət qoşunlarının mövqelərinə 6 hücum qeydə alınıb.