Rusiya ordusu təlimlərə başladı
Rusiyanın Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının istifadəyə hazırlanması və istifadəsi üzrə təlimlər başlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi manevrlər çərçivəsində "İsgəndər" raket kompleksləri üçün xüsusi sursatın əldə edilməsi, onların məxfi yerdəyişməsinin təmin olunması, habelə buraxılışa hazırlanması üzrə tapşırıqlar icra ediləcək.
Rusiya Hərbi Kosmik Qüvvələrinin şəxsi heyətinin qarşısında həmçinin, zərbə xarakterli aviasiya vasitələri, xüsusilə "Kinjal" raketlərinin döyüş sursatı ilə təchiz edilməsi üzrə bacarıqlarını təkmilləşdirmək, eləcə də əvvəlcədən təyin olunmuş istiqamətlərə çatmaq vəzifəsi qoyulub.