Rusiya Suriyaya görə danışıqlara BAŞLADI: İlk tələbləri bu oldu

Rusiya Suriyaya görə danışıqlara başlayıb.

Rusiya Suriyaya görə danışıqlara BAŞLADI: İlk tələbləri bu oldu
Rusiya Suriyaya görə danışıqlara başlayıb.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub.

Moskvada jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə qurduqlarını bildirən Boqdanov "Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə əlaqə qurulub. Diplomatik nümayəndələrlə də görüşülüb" sözlərini deyib.

Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.