"Rusiya tərəfi bunu qəbul etdi və soruşdu ki..."
İrəvan Moskvaya Rusiya sülhməramlılarını Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd postundan, eləcə də Sisian və Qorisdə Rusiya sülhməramlılarının 2 dayaq məntəqəsindən çıxarmağı təklif edib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin ictimai televiziyasına müsahibəsində deyib.
"Rusiya tərəfi bunu qəbul etdi və soruşdu ki, İrəvan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini tərk etməsini təklif edirmi? Biz cavab verdik ki, bununla bağlı razılaşma mövcuddur və sərhədçilərin bu ərazilərdən çıxarılması məsələsi hazırda müzakirə olunmur", - o deyib.
Qeyd edək ki, bu yaxında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sərhədçilərinin Ermənistan tərəfinin xahişi ilə ölkənin Türkiyə və İranla sərhədlərdə qalacağını bildirib.