Rusiya təyyarələri 2 ölkənin hava məkanını pozdu - NƏ BAŞ VERİR?
Rusiya aviaşirkətlərinin üç təyyarəsi - "Rossiya", "Ural Airlines" və "Nordwind" Finlandiya və Estoniyanın hava məkanını pozub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tufan səbəbindən Kalininqraddan uçarkən təyyarələr sərhədi keçib:
"Uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı yardım prinsiplərini rəhbər tutaraq Rusiya tərəfi zərurət yaranarsa, Rusiya Federasiyasının hava məkanında xarici dövlətlərin hava gəmilərinin təhlükəsiz uçuşunu təmin etməyə hazırdır".