Rusiya və İranın XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Baqeri Kayani ilə telefon danışığı aparıb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Danışıq zamanı əsas diqqət Yaxın Şərqdəki mövcud vəziyyətə yönəldilib. Tərəflər regionda, ilk növbədə Fələstin-İsrail münaqişəsi zonasında çoxsaylı böhranların həll olunmaması nəticəsində yaranan gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahatlıqlarını ifadə ediblər. Konstruktiv əhval-ruhiyyəli beynəlxalq oyunçuların köməyi ilə mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinin prioriteti vurğulanır", - məlumatda bildirilir.