Rusiya XİN-dən İrəvana çağırış

Biz İrəvanı üçtərəfli formatda fəaliyyətdən geri çəkilməməyə çağırırıq. Onların fəaliyyətindəki fasilələr regiondakı vəziyyətə mənfi təsir göstərir və vəziyyətin gərginləşməsinə gətirib çıxarır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışarkən deyib.

"Biz razılaşdırılmış hər şeyin yerinə yetirilməsinin tərəfdarıyıq. Biz bölgədəki vəziyyətdən tutmuş iqtisadiyyata qədər bütün istiqamətlərdə addım-addım işləməyə hazırıq. Bu, çox böyük səy tələb edən, çox çətin işdir. Bunu etdik və davam etdirməyə hazırıq. Rusiya sülhməramlılarının əsas vəzifəsi onların məsuliyyətində olan zonada atəşkəs rejimini qorumaqdır".