Rusiyada 115 nəfər şaurmadan zəhərləndi
Rusiyanın Seqeja şəhərində 115 nəfər şaurmadan zəhərlənib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər şaurmanı şəhərdə eyni ictimai iaşə obyektindən əldə ediblər.
Bildirilir ki, onlardan 48 nəfəri 17 yaşına qədər olan uşaqlardır.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.