Rusiyada 4 azərbaycanlıya hökm oxundu

Rusiyanın Krasnoyarsk diyar məhkəməsi 2023-cü ildə Şarıpovo şəhərində baş vermiş insidentlə bağlı 4 azərbaycanlı barəsində hökm çıxarıb.

Rusiyada 4 azərbaycanlıya hökm oxundu
Rusiyanın Krasnoyarsk diyar məhkəməsi 2023-cü ildə Şarıpovo şəhərində baş vermiş insidentlə bağlı 4 azərbaycanlı barəsində hökm çıxarıb.

"Qafqazinfo" "İnterfaks"a istinadən xəbər verir ki, sözügedən şəxslər bir kişini öldürməkdə, evli cütlüyü isə öldürməyə cəhddə təqsirli biliniblər. 

Onlardan biri 17, digərləri isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Adları açıqlanmayan azərbaycanlıların Rusiyada fiziki şəxslə müqavilə əsasında yol təmiri işlərində çalışdıqları qeyd olunub.