Rusiyada aeroportların fəaliyyətinə məhdudiyyət qoyuldu

Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiyada aeroportların fəaliyyətinə məhdudiyyət qoyuldu
Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vilayətində üç hava limanının - Vnukovo, Domodedovo və Jukovskinin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda bildirilib.

Bildirilib ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Qeyd edilib ki, hava qüvvələri ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir.