ABŞ bu ölkə ilə “döyüş hazırlığını” müzakirə etdi
Pentaqonun rəhbəri Lloyd Ostin ilə İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hər iki ölkə birgə döyüş hazırlığı ilə bağlı müzakirələr aparıblar.
"Onlar bölgədəki vəziyyəti və İsrail qoşunlarının döyüş-əməliyyat hazırlığının vacibliyini müzakirə ediblər", - deyə məlumatda bildirilir.