Rusiyada ard-arda güclü zəlzələlər oldu
Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, cəmi 45 dəqiqə ərzində bölgədə 5 yeraltı təkan baş verib.
Zəlzələlərin ən güclüsü 5,3 bal, ən zəifi isə 4,8 bal gücündə olub.
Hazırda bölgədə dağıntı və təlafat barədə məlumat yoxdur.