Rusiyada barıt zavodunda partlayış olub, ölənlər var
Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, partlayış nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Tambov vilayətinin başçısı barıt zavodunda partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləyib. Bildirib ki, Tambov barıt zavodunda partlayışa insan amili səbəb olub.