Rusiyada daha bir təxribat: Silahlı şəxslər saxlanıldı - VİDEO
Rusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.
Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.