Rusiyada dəhşətli yanğında 8 nəfər öldü - Yenilənib

07:22 Kirov vilayətinin Kilmez qəsəbəsində yaşayış binasında baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.

Rusiyada dəhşətli yanğında 8 nəfər öldü - Yenilənib
07:22 Kirov vilayətinin Kilmez qəsəbəsində yaşayış binasında baş verən yanğın nəticəsində 8 nəfər həlak olub.

meqale.com xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kirov vilayətində baş verən yanğın tamamilə söndürülüb. Daha bir nəfərin cəsədi tikilinin sökülməsi zamanı aşkar edilib", - deyə nazirlik bildirib.

Yanğın sınaq laboratoriyasının mütəxəssisləri yanğının səbəbini müəyyən etməyə başlayıblar.

------------ 00:09 Kirov rayonunun Kilmez qəsəbəsində sosial evdə baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

meqale.com xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi nəmumat yayıb.

Məlumata görə, birmərtəbəli yaşayış binası yanıb. Yanğının sahəsi 480 kv. metr olub.

Evdə sosial mənzillə təmin olunmuş yaşlı insanlar yaşayıb. /APA ------------

Kirov vilayətinin Kilməz qəsəbəsində baş verən yanğın nəticəsində altı nəfər həyatını itirib.

meqale.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, yanğın baş verən evdə 11 nəfər yaşlı insan yaşayırmış. Onlardan altısının həlak olduğu təsdiqlənib, daha iki nəfərin taleyi isə hələ də naməlumdur.