Rusiyada dustaqlar qiyam qaldırdı: ölü və yaralılar var
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı təcridxananın dustaqları qiyam qaldırıblar.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.
Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tə4rəfindən girov saxlanılır.
Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.