Rusiyada əsirləri daşıyan təyyarə qəzaya düşdü: xeyli ölən var - YENİLƏNİB - VİDEO - FOTO
14:40
"Hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində 3 raketlə vurulub".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, təyyarə ya "Patriot", ya "IRIS T" zenit-raket komplekslərinin raketləri ilə vurulub: "Ukrayna rəhbərliyi planlaşdırılan mübadilə barədə bilirdi. Ölkə əsirlərin necə aparılacağı barədə məlumatlandırılmışdı, lakin təyyarə ya "Patriot", ya da Almaniya istehsalı "IRIS T" raketləri ilə vurulub. Bunu mütəxəssislər ayırd edəcəklər".
Kartapolov, həmçinin qeyd edib ki, vurulan təyyarənin ardınca daha 80 əsiri daşıyan başqa bir İl-76 təyyarəsi gedirmiş. Sözügedən təyyarə vaxtında geri qaytarılıb.
--------
13:38
meqale.com oxuya istinadən Rusiya MN-nin rəsmi məlumatını təqdim edir:
"Rusiyada qəzaya uğrayan "İl-76" təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Belqorod vilayətinə aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub".
--------
13:28
Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru teleqramda yazıb.
O bildirib ki, hadisə Koroçanski rayonunda baş verib.
KİV-in məlumatına görə, göyərtədə olan 63 nəfərin hamısı həyatını itirib.