Rusiyada poliqonda partlayış olub, 12 hərbçi ölüb
Rusiyanın Rostov vilayətində hərbi təlim poliqonunda partlayış baş verib. Nəticədə 12 hərbi qulluqçu ölüb.
meqale.com APA-ya istinadən bildirir ki, insidentin noyabrın 3-də baş verdiyi bildirilib.
Həlak olan hərbçilərin Primorsk diyarının dəniz piyadaları olduğu məlum olub. Hadisə ilə bağlı məlumatı 161.RU müxbirinə üç müstəqil mənbə - hüquq-mühafizə orqanlarından, ordudan və istintaq orqanlarından təsdiqləyiblər.
Faciə noyabrın 3-də Rostov yaxınlığındakı Kuzminski hərbi poliqonunda baş verib. İlkin səbəb kimi təhlükəsizlik qaydalarına əməl edilməmək göstərilir.