Rusiyada qasırğa: Ölən və yaralananlar var - VİDEO

Mayın 31-də Rusiyanı Qaraçay-Çərkəz Respublikasında bir nəfər qasırğanın qurbanı olub.

Rusiyada qasırğa: Ölən və yaralananlar var - VİDEO
Mayın 31-də Rusiyanı Qaraçay-Çərkəz Respublikasında bir nəfər qasırğanın qurbanı olub.

meqale.com oxuya istinadən bildirir ki, Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, daha 6 nəfər xəsarət alıb.

Məlumata görə, qasırğa nəticəsində ağaclar qırılıb, binaların damlarına ciddi ziyan dəyib. Həmçinin, güclü külək tikinti kranını aşırıb. İntensiv dolu isə avtomobillərə və evlərin damlarına ziyan vurub.

Fövqəladə hava şəraitinin fəsadları müvafiq xidmətlər tərəfindən aradan qaldırılır. Zərərçəkənlər ambulator müalicə alırlar.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun