Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR Əlaçı Təqaüdü”nü qazanıblar

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "AMOR Əlaçı Təqaüdü" müsabiqəsində bu il 24 azərbaycanlı tələbə qalib gəlib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu günədək 434 tələbəni əhatə edib.

Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.