Rusiyada təyyarə qəzası - ölən var
Rusiyanın İrkutsk vilayətində strateji raketdaşıyan Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəzaya səbəb texniki nasazlıq olub.
"SHOT"un məlumatına görə, qəzaya uğrayan təyyarə heç bir döyüş yükü daşımayıb.
Ekipaj katapult edib. Pilotun həlak olduğu bildirilib.