Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu
Türkiyənin "Zafer Air" aviaşirkətinə məxsus təyyarə Rusiyanın İrkutsk hava limanında qanadı ilə mikroavtobusa dəyib.
meqale.com oxuya istinadən xəbər verir ki,"Gulfstream" təyyarəsi Şanxaya uçmalı idi, lakin dayanacaqdan çıxarkən qanadı ilə mikroavtobusa dəyib.
Baykal nəqliyyat polisinin məlumatına görə, təyyarədə altı sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Lakin həm mikroavtobusa, həm də təyyarəyə ziyan dəyib.