Rusiyada uşaq düşərgəsində 69 nəfər zəhərləndi

Rusiyanın Altay Respublikasında yerləşən "Dağ qartalı" uşaq düşərgəsində 69 nəfər qidadan zəhərlənib.

Rusiyada uşaq düşərgəsində 69 nəfər zəhərləndi
Rusiyanın Altay Respublikasında yerləşən "Dağ qartalı" uşaq düşərgəsində 69 nəfər qidadan zəhərlənib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 7-17 yaşlı şəxslərdə bağırsaq infeksiyasının əlamətləri qeydə alınıb.

Düşərgədə ümumilikdə 354 uşaq dincəlib.

Zəhərlənən uşaqlara tibbi yardım göstərilib, onlar xəstəxananın infeksion şöbələrinə yerləşdiriliblər.