Rusiyada yaşamaq istəyənlər oxusun: yeni rüsumlar tətbiq edildi

Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.

meqale.com xəbər verir ki,  Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.

Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün - 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün - 4 200 rubl tətbiq edilir.

Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsum tətbiq olunub. Onun məbləği 2 100 rubl təşkil edir.