Rusiyadan Almatı danışıqlarına reaksiya
Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayır.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Biz mayın 10-11-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır. Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik. Lazım gələrsə, tərəfdaşlara hər cür kömək göstərməyə hazırıq", - Zaxarova bildirib.