Rusiyadan Çinə uçan təyyarə məcburi eniş edib
Rusiyanın Krasnoyarsk diyarından Çinə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İrkutskda məcburi eniş edib.

Bu barədə Meqale.com - “İnterfaks”a istinadən xəbər verir.
"Krasnoyarsk-Mançuriya reysini yerinə yetirən “Bombardier CRJ-200” təyyarəsi İrkutsk hava limanında planlaşdırılmamış eniş edib. Xəsarət alan yoxdur", - məlumatda bildirilib.
Təyyarənin göyərtəsində 40 nəfər olub.