Rusiyadan iki təyyarə bu ölkəyə hərbi texnika apardı
Rusiyadan iki yük təyyarəsi Nigerə hərbi texnika çatdırıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Niger dövlət televiziyası məlumat yayıb.
"Bir aydan az müddətdə Rusiya Niameyə hərbi texnika və bir neçə təlimatçı daşımaq üçün üç yük reysi göndərdi", - məlumatda qeyd olunub.
Telekanal bildirib ki, həmçinin Niger sakinləri üçün humanitar yardım çatdırılıb.
Qeyd edək ki, daha öncə Rusiya hərbçilərinin amerikalıların olduğu Nigerdəki 101 saylı aviabazaya yerləşdiyi barədə məlumat yayılıb.