Rusiyadan Kiyevə dron hücumu - dağıntı və yanğınlar var
Rusiyanın bu gecə dronlarla Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi kütləvi hücum şəhərin bir çox bölgəsində ciddi dağıntı və yanğınlara səbəb olub.
meqale.com bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Hücumlar nəticəsində Şevçenkivski, Dniprovski, Darnitski, Svyatoşinski və Solomenski rayonlarında bir sıra yaşayış binalarının zərər gördüyü bildirilir.